AZ

Şəkər ixracına qadağa qoyuldu

Rusiya hökuməti şəkər ixracını müvəqqəti olaraq qadağan etdiyini açıqlayıb.

Rusiya hökumətindən verilən yazılı açıqlamada ölkənin ərzaq bazarında sabitliyin qorunması üçün şəkər ixracı ilə bağlı tədbirlərin görüldüyü bildirilib.

News24.az xəbər verir ki, 31 avqust 2024-cü il tarixinədək şəkər ixracına qadağa qoyulsa da, Qazaxıstan, Belarus, Qırğızıstan və Ermənistana ixraca müəyyən miqdarda güzəştlər edilib.

Qeyd edək ki, Rusiya Kənd Təsərrüfatı Nazirliyinin məlumatlarına görə, ölkədə hər il 6 milyon ton şəkər istehlak edilir və bu il təxminən 6,9 milyon ton şəkər istehsal ediləcəyi gözlənilir.

Günel Məlikzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
372
2
news24.az

3Mənbələr