AZ

Azad olunan ərazilərdə hansı güzəştlər olacaq? - Rəsmi

İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlara kredit və subsidiyalarla bağlı güzəştlər edilir.

Milli.Az İTV-yə istinadən xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) Kredit Zəmanət Departamentinin direktoru Elşən Kərimov bildirib.

"İşğaldan azad olunan ərazilərdə tikinti ilə məşğul olan sahibkarlar, o cümlədən tikinti materiallarının istehsalını həyata keçirən sahibkarlıq subyektləri dövriyyə vəsaitləri üçün müvəkkil banklardan iki ildən daha uzun müddətə kredit cəlb edə biləcəklər", - o vurğulayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
17
milli.az

10Mənbələr