AZ

Naxçıvanda “Nuhun ayaq izləri”

Azərbaycanın İsveç Krallığındakı Səfirliyinin təşəbbüsü, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə isveçli fotoqraf və sənədli film rejissoru Mikael Silkeberq qədim diyarda film çəkilişinə başlayıb.

Naxçıvana gələn çəkiliş heyəti muxtar respublika mədəniyyət nazirinin müavini Həsən Seyidovla görüşüb.

“Nuhun ayaq izləri” adlanan filmin rejissoru Mikael Silkeberq Naxçıvanın zəngin tarixi olduğundan bəhs edib. Görüşdə çəkiliş aparılacaq məkanlar, filmdə rol alan aktyorlarla bağlı qarşılıqlı fikir mübadiləsi aparılıb. Ekran əsərində yerli aktyorlar da çəkiləcəklər. Ssenari Haçadağda, Əshabi-Kəhf Ziyarətgahında, Əlincə qalasında, Ordubad rayonunda, Gəmiqayada, Möminə Xatın türbəsində, Nuh Peyğəmbərin türbəsində və digər məkanlarda lentə alınacaq.

XQ

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
52
2
xalqqazeti.az

4Mənbələr