AZ

Pulum var, amma maşın almıram - Nigar Köçərli

Kitab satışı ilə məşğul olub, milyonçu olmaq olmaz. Amma digər mənada öz adıma deyim ki, normal qazanıram. Məsələn, səyahət edə bilirəm, övladlarım özəl məktəbdə oxuyur. Amma tutaq ki, hazırda maşınım yoxdur.

Milli.Az xəbər verir ki, bu sözləri "Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli Kult.az-a geniş müsahibəsində deyib.

"Yəni istəsəm, alaram, amma onun yerinə səyahət etməyi, sağlam həyatı seçirəm və pafoslu həyat istəmirəm. Xarakterimdə sahib olduqlarımı göstərmək yoxdur, bir çox qadınlar kimi qır-qızıla üstünlük vermirəm. Qazandığımı daha səmərəli bölərək xərcləyirəm", - o bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
98
2
milli.az

3Mənbələr