Bu məlumat diqqəti mediada Səhiyyə Nazirliyinin əleyhinə yayılan məlumatlara-məqalələrə yönəldir. Məlumdur ki, TƏBİB bir çox məsələdə Səhiyyə Nazrliyini “günakar” çıxarır, xüsusilə özünün yaratdığı problemlərdən boyun qaçırmaq üçün bütün məsuliyyəti nazirliyin üzərinə yıxır. Bu haqda mediada da mütəmadi məlumatlar yayılır.
Görünür ki, bu kampaniyanın arxasında da elə TƏBİB dayanırmış. Qurum hazırda pul payladığı “reketlərin” əli ilə Səhiyyə Nazirliyini “vurmağa” çalışır. “Reket jurnalistlər” də TƏBİB-in yaxın sevimli “mirzələridir”, əks təqdirdə, qurum həbs xəbərlərinin sildirilməsi işini onlara həvalə etməzdi. Bu da TƏBİB-lə “reket jurnalistlər” arasındakı bağlantını ifşa edir.
Dərdimizə dərman olmayan TƏBİB-in fəaliyyətində ciddi nöqsanların olduğu göz qabağındadır. Son həbslər də bunu təsdiq edir. Lakin hər şey bununla bitmir, TƏBİB-in səhiyyəmizə vurduğu zərər saysız-hesabsızdır. Misal üçün, hazırda ölkədə ən bərbad fəaliyyət göstərən Təcili Tibbi Yardım Xidmətidir. Bu xidmətin fəaliyyəti onun TƏBİB-in tabeçiliyinə keçməsindən sonra bu günə düşdü. Son zamanlar Təcili Yardım Xidməti gah vətəndaşların çağırışına cavab vemir, gah da çağırış yerinə gec gedir. TƏBİB-in tabeliyində olan xəstəxanalarda da eyni vəziyyətdir. Nə doğru-dürüst xidmət göstərirlər, nə də dövlətin səhiyyə siyasətinə uyğun iş görürlər. TƏBİB-in əsas işi dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsi, eləcə də dövlətin tibb ocaqlarını “alver yuvasına” çevirməkdir. Bu səbəbdən də artıq TƏBİB-də də ciddi yoxlamaların aparılması və lazımi addımların atılması zərurəti heç olmadığı qədər yaranıb.
Vaqif Hüseynli
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün
Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.