AZ

Ermənistanda hərbçilərimizlə bağlı cinayət işinə xitam verildi

Azərbaycan Silahlı Qüvvələrinin Dığ kəndi ərazisində irəliləməsindən sonra başlanmış cinayət işi bağlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın baş prokuroru Anna Vardapetyan parlamentdə çıxışı zamanı məlumat verib.

O qeyd edib ki, məsələ ilə bağlı istintaq prosesi aparılıb, təfərrüatlı yoxlama keçirilib və cinayət əlamətləri aşkarlanmayıb.

Qeyd edək ki, ötən il Ermənistan hərbçilərinin şərti sərhəddəki təxribatçı fəaliyyətinə Azərbaycan ordusu müvafiq şəkildə cavab verib. Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, nəticədə 4 nəfər ölüb, 6 nəfər yaralanıb. Daha sonra Ermənistan Prokurorluğu hərbçilərimizə qarşı cinayər işi başlatmışdı.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
18
bizim.media

10Mənbələr