AZ

UEFA-dan AVRO-2024 ilə bağlı yeni qərar


UEFA İcraiyyə Komitəsi Avro-2024-də çıxış edəcək milli komandaların iştirak ərizəsində icazə verilən oyunçu limitinin artırılması ilə bağlı qərar qəbul edib.Bu barədə UEFA rəsmi açıqlama verib.
 
"İyunun 7-dən etibarən AVRO-2024-də komandaların iştirak ərizəsində futbolçuların sayı 23-dən 26-ya yüksələcək”.

Yarış reqlamentinə uyğun olaraq, Avro-2024 üçün komandaların siyahıları turnirin başlamasına 7 gün qalmış, iyunun 7-dək Avropa futbolunun rəhbər orqanına təqdim edilməlidir.

Almaniyada təşkil olunacaq Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək davam edəcək.


www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
8
anews.az

9Mənbələr