AZ

Boris Conson özünün tətbiq etdiyi qadağaya görə səs verə bilmədi

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson şəxsiyyətini təsdiq edən sənədlə fotoşəklini təqdim etmədiyi üçün yerli özünü idarəetmə orqanlarına keçirilən seçkilərə buraxılmayıb.

 

BBC bildirir ki, B.Conson səsini ailəsi ilə birlikdə yaşadığı evinin qeydiyyatda olduğu Cənubi Oksfordşirdə yerləşən seçki məntəqəsində vermək istəyib.

 

Lakin komissiyanın rəhbəri seçki qanunvericiliyində olan tələbi əsas gətirərək Boris Consonu seçki məntəqəsinə buraxmayıb.

 

Nəticədə Boris Conson evə qayıtmaq məcburiyyətində qalıb və yalnız şəxsiyyətini təsdiq edən sənədlə fotoşəklini təqdim edəndən sonra məntəqəyə buraxılıb.

 

Maraqlı məqam isə ondan ibarətdir ki, seçkilərdə iştirak etmək üçün şəxsiyyət vəsiqəsindən əlavə fotoşəkilin də təqdim edilməsi seçki tələblərinə məhz Boris Conson hökuməti tərəfindən 2022-ci ildə salınıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
10
senzor.az

10Mənbələr