AZ

Hollandiya startapı Azərbaycan startapını alıb - FOTOLAR - VİDEO

Baş ofisi Arnhemdə (Holandiya) və Türkiyədə araşdırma və inkişaf ofisi olan agritek startapı Agcurate BV aqronomiya sahəsində təcrübəsi və geniş şəbəkəsi ilə tanınan Azərbaycan startapı “Dr. Agro”nu aldığını elan edib. SİA xəbər verir ki, Dr. Agro-nun alınması Agcurate BV üçün istehlakçılara qablaşdırılmış mallar istehsal eden (CPG) qida şirkətlərinə xidmət göstərmək və Mərkəzi Qafqaz bazarına daxil olmaq imkanlarını artırmaq üçün strateji addımı əks etdirir.

Dr. Aqronun aqronomluq təcrübəsindən, xüsusən də həmtəsisçisi və baş direktoru Ramil Əzməmmədovla əməkdaşlıq vasitəsilə Agcurate BV öz müştərilərinə kənd təsərrüfatı əməliyyatlarının 360 dərəcə hərtərəfli monitorinq xidməti təqdim etməyi hədəfləyir.

Bundan əlavə, satınalma daha geniş bir bölgədən dəyərli məlumatlarla Agcurate-in tədqiqat və inkişaf fəaliyyətlərini zənginləşdirəcək və agritek sektorunda ən müasir innovasiyalara təkan verəcək.

Bu alış həm şirkətlər, həm də onların səhmdarları tərəfindən paylaşılan uzunmüddətli baxışı əks etdirir. Bu eyni zamanda, Agritek sektorunda əməkdaşlıq və innovasiyalar vasitəsilə daha yaxşı gələcəyə doğru irəliləmək üçün kollektiv öhdəliyi təmsil edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
3
sia.az

4Mənbələr