Monteneqro və Azərbaycan Gimnastika Federasiyaları arasında anlaşma memorandumu imzalanıb.
İdman.biz xəbər verir ki, memorandum gimnastikanın inkişafı və təbliği məqsədilə nəzərdə tutulub.
Anlaşma AGF-nin baş katibi Nurlana Məmmədzadə və Monteneqro Gimnastika Federasiyasının prezidenti xanım Radonic Vesna tərəfindən imzalanıb. Əməkdaşlığın federasiyalararası təcrübə mübadiləsi baxımından əhəmiyyətli olduğu bildirilib.
İdman.biz