AZ

Cəlilabadda şagird və müəllimlər tullantılardan əl işləri hazırladılar — FOTOLAR

Cəlilabad rayonu Günəşli kənd Əfilağa Həsənov adına 2 nömrəli tam orta məktəbində “Təmiz ekoloji mühit- sağlam həyat” mövzusunda tədbir keçirilib. 

Tədbirdə təhsil işçiləri, rayon ziyalıları, məktəblilər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Çıxış edənlər dünyanı narahat edən ekoloji problemlər, iqlim dəyişikliyi və onların canlı aləmə mənfi təsirindən, ekoloji mədəniyyətdən söhbət açaraq bu sahəyə diqqətin artırılması, beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin əhəmiyyətini iştirakçıların diqqətinə çatdırıblar. 

Sonra tədbir iştirakçıları Günəşli kənd 2 nömrəli tam orta məktəbin şagird və müəllimlərinin tullantılardan hazırladıqları əl işlərindən,  becərdikləri müxtəlif bitkilərdən təşkil olunmuş sərgi ilə tanış olub, şagirdlərin ifasında səsləndirilmiş şeirləri və musiqi nömrələrini maraqla dinləyiblər.

Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
115
2
demokrat.az

3Mənbələr