AZ

Berlində güclü yanğın var...

Berlində Diehl Metall metallurgiya zavodunun emalatxanası yanır, orada sulfat turşusu və mis sianid saxlanılırdı.

SİA xəbər verir ki, bu barədə cümə günü, mayın 3-də yanğınsöndürənlərə istinadən Bild nəşri məlumat yayıb. Berlin xilasetmə xidməti jurnalistlərə bildirib ki, binanın dörd mərtəbəsi tamamilə yanıb, binanın bir hissəsi isə artıq dağılıb.

Bu arada Berlin səlahiyyətliləri insanlarıyanğından qaçmağa, evdə qalmağa və pəncərələrini bağlamağa çağıran rəsmi mesaj yayımlayıb.

...“Berlener Zeitung” yazır ki, yanğın mayın 3-də səhər saatlarında zavodun birinci mərtəbəsində başlayıb və bir müddət sonra digər mərtəbələrə də keçib.

İçəridə olan kimyəvi maddələrə görə, yanğın çöldən söndürülür. Yanğının mümkün səbəbləri barədə hələlik məlumat yoxdur.

Nazlı

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
45
sia.az

1Mənbələr