Rusiyanın paytaxtı Moskvada mayın 2-də axşam saatlarında süni daş istehsalı zavodunun binasında yanğın baş verib.
SİA obozrevatel.com-a istinadənxəbər verir ki, bu barədə Rusiyanın Telegram kanalları məlumat yayıb.
Yanğının 2,5 min kvadratmetr ərazini əhatə etdiyi deyilir.
Deyilənlərə görə, yanğın 3-cü mərtəbədəki mebel sexində baş verib.
1000 kvadratmetrlik dam örtüyü qismən uçub.
Aviasiyanı səmaya qaldırmalı olublar.
Nazlı