AZ

6.5 milyard dollarlıq vəd

ABŞ-nin kosmetika və gigiyenik məhsullar istehsalçısı “Johnson & Johnson”, körpə pudrası və digər məhsulların xərçəngə səbəb olduğu iddiası ilə açılan məhkəmə proseslərində güzəştə getmək üçün 6,48 milyard dollarlıq plan təklif edib.

“Johnson & Johnson” məhsullarının yumurtalıq xərçənginə səbəb olduğu iddiası ilə Birləşmiş Ştatlarda açılan demək olar ki, bütün məhkəmə iddialarında razılığa gəlmək planını açıqlayıb.

Şirkətdən verilən bildirişdə, planın “Johnson & Johnson”un 25 il ərzində iddiaçılara təxminən 6,48 milyard dollar ödəyəcəyini vəd etdiyi ifadə edilib.

Bildirilir ki, plan işlərin şirkətin törəmə şirkəti “LTL Management”in iflas ərizəsi vasitəsilə həllinə imkan verəcək.

“Johnson & Johnson”un Ümumdünya Hüquqi Mübahisələr üzrə vitse-prezidenti Erik Haas, mövzu ilə bağlı verdiyi açıqlamada, iddiaçıların vəkilləri ilə işi bitirmək üçün işlədiyini bildirdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
296
vaxt.az

1Mənbələr