AZ

Gürcüstan hakimiyyəti ABŞ ilə danışıqlardan imtina edib - » AzadMedia.az



Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib.

Azadmedia.az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Gürcüstandakı səfiri Robin Dunniqan bildirib.

Belə ki, “Biz bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrini yüksək vəzifəli ABŞ rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ yardımı ilə bağlı hər hansı məsələləri müzakirə etməyə dəvət etdik. Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina etməyi üstün tutdu", - deyə səfir qeyd edib.

Həmçinin o, Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarların ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırdığından narahatlığını ifadə edib.

Qeyd edək ki, Səfir sözügedən dəvətin dəqiq nə vaxt edildiyini açıqlamayıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
19
azadmedia.az

10Mənbələr