AZ

Naxçıvan Dövlət Universitetinin Nizamnaməsi təsdiqlənib

Nazirlər Kabinetində “Naxçıvan Dövlət Universitetinin Nizamnaməsi” təsdiq edilib.

Bizim.Media xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb.

Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Naxçıvan Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkil edilib.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərar qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində Naxçıvan Dövlət Universitetinin “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlərin görülməsini təmin edəcək.

Bizim.Media

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
140
45
bizim.media

10Mənbələr