AZ

Azərbaycanda "Analar Günü" təsis oluna bilər


Cəmiyyətimizdəki müzakirələr nəticəsində Azərbaycanda "Analar Günü"nün təsis olunması məsələsinə baxıla bilər.
 
Faktmedia xəbər verir ki, bunu report-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
 
O bildirib ki, belə günlər başqa ölkələrdə də qeyd edilir:
 
"Bizim də başqa ölkələrdə olmayan xüsusi günlərimiz var. Nəzərə alsaq ki, 8 Mart - Beynəlxalq Qadınlar Gününü elə “Analar Günü” kimi də qeyd edirik".
 
B.Muradova qeyd edib ki, Azərbaycanda "Analar Günü"nün təsis olunması ilə bağlı bəzən fikirlər səsləndirilir: "Əgər cəmiyyətdə müzakirələr nəticəsində hamı düşünsə ki, biz mütləq belə bir günü qeyd etməliyik, onda biz bu məsələyə baxa bilərik. Lakin hələlik bu məsələ o qədər də intensiv müzakirə edilmir. Hər halda bu qərar cəmiyyətin istəyinə bağlı olacaq".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
254
35
faktmedia.az

10Mənbələr