AZ

Azərbaycanı Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

Mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində güləş üzrə Dünya Olimpiya Təsnifat turniri keçiriləcək.

QOL.az xəbər verir ki, Paris-2024 Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan son yarışda Azərbaycanı 9 güləşçi təmsil edəcək.

Yunan-Roma güləşçiləri turnirin ilk günlərində mübarizə aparacaq. Murad Məmmədov (60 kq), Rafiq Hüseynov (87 kq), Murad Əhmədiyev (97 kq) və Sabah Şəriəti (130 kq) Azərbaycana olimpiya lisenziyası qazandırmağa çalışacaq.

Qadın güləşçilərin yarışında isə Mariya Stadnik (50 kq), Gültəkin Şirinova (53 kq), Alyona Kolesnik (57 kq), Ruzanna Məmmədova (62 kq) və Elis Manolova (68 kq) Azərbaycanı təmsil edəcək.

I-S kateqoriyalı hakim Asif Şirəliyev turnirdə ədaləti qoruyacaq.

Hər çəkidə ilk 3 yeri tutan (yarımfinalda və bürünc medalçılar arasında keçirilən görüşdə qalib gələnlər) güləşçilər Olimpiadaya vəsiqə əldə edəcək.

Xatırladaq ki, güləşçilərimiz indiyədək 8 lisenziyanın sahibidir. Sərbəst güləşdə bütün çəkilərdə (57, 65, 74, 86, 97 və 125 kq), yunan-Roma güləşində isə 67 və 77 kq-da Paris-2024-ə lisenziya qazanılıb.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
309
14
525.az

10Mənbələr