AZ

Bir dövrün sonu

Dortmund “Borussiya”sı kapitan Marko Roysla bağlı açıqlama yayıb.

QOL.az klubun rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı yarımmüdafiəçi mövsümün sonunda komandanı tərk edəcək. Onun başa çatacaq müqaviləsinin uzadılmaması ilə bağlı qarşılıqlı anlaşma əldə olunub.

2012-ci ilin yayından “Borussiya”da çıxış ediən Marko Roys bu klubla 2 dəfə Almaniya kuboku, 2 dəfə isə Almaniya superkubokunu qazanıb. O komanda ilə ümumilikdə 424 rəsmi oyun keçirib, 168 qol vurub və 128 məhsuldar ötürmə verib. 

Qeyd edək ki, “Borussiya” Çempionlar Liqasının yarımfinalında mübarizəni davam etdirir. Dortmund klubu mayın 1-də PSJ ilə ilk oyunda 1:0 hesablı qələbə qazanıb.























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
43
1
525.az

2Mənbələr