AZ

İtaliya çempionu iki oyunçu ilə anlaşdı

Artıq İtaliya çempionluğunu rəsmiləşdirən “İnter” aparıcı futbolçularını qorumağa çalışır.

Rəhbərlik Françesko Açerbi və Nikolo Barella ilə yeni müqavilə imzalamağa hazırlaşır. “La Gazzetta dello Sport”un məlumatına görə, klub 36 yaşlı müdafiəçi və 27 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmə imzalamaqla bağlı razılığa gəlib. Açerbi ilə müqavilə bir il müddətinə - 2026-cı ilin yayına qədər uzadılacaq, Barrelanın yeni sözləşməsi isə 2029-cu ilin yayına qədər nəzərdə tutulacaq.

Cari mövsümdə Açerbi 36 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib. Barella isə meydana çıxdığı 44 matçda 2 qol vurub və 7 qolun ötürməsini edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
4
1
football-plus.az

2Mənbələr