AZ

İdmançılarımızın yeni reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi (GİN) Olimpiya idman növləri üzrə milli komandaların idmançılarının 2024-cü il mayın 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Apasport.az xəbər verir ki, siyahıya 545 xalla bədii gimnastika üzrə qrup hərəkətləri komandası başçılıq edir.

Cüdo üzrə son Avropa çempionu Hidayət Heydərov 445 xalla ikincidir. Bədii gimnast Zöhrə Ağamirova isə 435 xalla 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, reytinq xallarının hesablanması Gənclər və İdman Nazirliyinin müəyyən etdiyi qaydalara əsasən aparılır. Növlər üzrə beynəlxalq yarışlar öz reytinqinə əsasən 5 kateqoriyaya bölünür və həmin yarışlarda tutulan yerlərə uyğun olaraq xallar hesablanır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
112
10
apasport.az

10Mənbələr