AZ

Abşeron Rayon Mərkəzi Xəstəxanasında mikroskopik diskektomiya əməliyyatı edilib » Medical Media


Abşeron Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə olaraq həyata keçirilən mikroskopik diskektomiya əməliyyatı uğurla başa çatıb.

Belində və sağ ayağında kəskin ağrılar, keyimə, yerişin çətinləşməsi və s. çoxsaylı şikayətlərlə tibb müəssisəsinə müraciət edən 58 yaşlı şəxsdə (kişi cinsli) tibbi müayinələr zamanı sağ ayağında parez, sağdan S1 sinir kökcüyündə sıxılma, pəncə zəifliyi əlamətləri aşkar edilib. 

Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsindən sonra ona L5-S1 fəqərə diskinin sağtərəfli 11 mm sekvestrləşmiş yırtığı diaqnozu qoyulub və planlı əməliyyata qərar verilib.

Həkim-neyrocərrah Namiq Əhmədov tərəfindən icra olunan mikroskopik diskektomiya - L5-S1 fəqərə disk yırtığının mikroskopik xaric edilməsi əməliyyatından sonra pasiyentin səhhəti ilə bağlı ciddi irəliləyiş əldə olunub. 

Uğurlu əməliyyatdan sonra bir neçə gün xəstəxanada müalicəsi davam etdirilən pasiyentin vəziyyəti qənaətbəxş olub və ambulator müalicə üçün evə buraxılıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
183
2
medicalmedia.az

3Mənbələr