Pakistanın Gilgit-Baltistan bölgəsində avtobusun aşması nəticəsində 20 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, qəza Çilas adlı ərazidən keçən Karakorum şosesində, yerli vaxtla saat 05.30-da qeydə alınıb.
İlkin məlumata görə, qəza nəticəsində 20 nəfər ölüb, 21 nəfər yaralanıb.
Yaralılar Çilasdakı xəstəxanalara aparılıb.
Şəbnəm Mehdizadə