AZ

Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib

Bakı. Trend:

Xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycandövlətinin memarı və qurucusu, ilk Konstitusiyamızın müəllifiHeydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mayın3-də Konstitusiya Məhkəməsində “XXI əsrdə insan hüquq vəazadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktikiyanaşmalar” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsininhakimləri və Aparatın məsul əməkdaşları, Azərbaycan Respublikasınınİnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, VəkillərKollegiyasının sədri Anar Bağırov, Hüquq və İnsan Haqlarıİnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə, Bakı DövlətUniversitetinin Hüquq fakültəsinin dekanı Zaur Əliyev, AzərbaycanDövlət İqtisad Universitetinin Türk Dünyası İqtisad fakültəsinindekanı Mehmet Yüce, hüquq ictimaiyyətinin nümayəndələri və tanınmışalimlər iştirak ediblər.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev tədbirdə çıxışedərək Ulu Öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan,zəngin fəaliyyətindən, müasir Azərbaycanın inkişafı və millidövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixixidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib.

Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin xalqımız vədövlətimiz qarşısında əvəzolunmaz xidmətlərindən biri ümumi dövlətquruculuğu prosesinin əsasının qoyulması idi. Həmin prosesçərçivəsində əlamətdar hadisələrdən biri - 1995-ci il noyabrın12-də ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilkKonstitusiyasının qəbul edilməsi Heydər Əliyevin adı ilə birbaşabağlıdır. Referendum yolu ilə qəbul edilmiş AzərbaycanRespublikasının Konstitusiyası ölkəmizdə demokratik vətəndaşcəmiyyətinin yaradılmasına, dövlət hakimiyyətinin demokratikprinsiplər əsasında bölünməsinə, yeni qanunvericilik bazasınınyaranmasına, dünyəvi cəmiyyətin əsaslarının inkişafına və hüquqsisteminin müasir tələblərə uyğun formalaşmasına imkan yaratdı.Həmçinin qeyd edilib ki, insan hüquq və azadlıqlarının müdafiəsinidövlətin ali məqsədi elan etmiş Konstitusiyanın aliliyinin təminedilməsi, Əsas Qanunda təsbit olunmuş insan hüquq və azadlıqlarınındövlət tərəfindən müdafiə olunması məqsədilə AzərbaycanRespublikasının Konstitusiya Məhkəməsi təsis edildi.

Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin ideyaları,zəngin dövlətçilik irsi əsasında inkişaf yolunda inamla irəliləyənmüasir Azərbaycan dövləti və xalqı tarixinin şərəfli və qürurvericidövrünü yaşayır. İşğal altındakı ərazilərimizin AzərbaycanRespublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə Rəşadətli Ordumuzun 44 günlük Vətənmüharibəsində qazandığı möhtəşəm Qələbə və lokal xarakterliantiterror tədbirləri nəticəsində azad edilməsi, suverenliyimizinbərpası milli inkişafımızın yeni mərhələsinin başlanğıcıdır. ŞanlıZəfər sayəsində Konstitusiyanın hüquqi qüvvəsi və vətəndaşlarımızınƏsas Qanunda təsbit edilmiş hüquqları işğaldan azad olunmuşAzərbaycanın ərazisində tam bərpa edildi.

Vurğulanıb ki, işğaldan azad edilmiş torpaqlarda qısa zamankəsiyində aparılan bərpa və quruculuq işləri, genişmiqyaslıinfrastruktur layihələrinin icrasının başa çatdırılması, eynizamanda, həmin ərazilərdə əhalinin məskunlaşdırılması AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin siyasi iradəsinintəcəssümüdür.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyidövrdə uzaqgörənliklə atılmış addımlar, Azərbaycanda əsası qoyulanuğurlu sosial, mədəni iqtisadi və intellektual sərmayələrinxalqımızın istiqlaliyyət qazanmasına zəmin yaratmasından bəhsedilib. Qeyd olunub ki, Heydər Əliyev tarixdə Azərbaycan xalqınınÜmummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyükmütəfəkkir, müstəqil dövlətimizin qurucusu, azərbaycançılıqideologiyasını yaşadan, xalqımızın iradəsini ifadə edən siyasilider kimi, cəsarətli və yaradıcı dövlət xadimi kimi yaddaşlarda izqoyub.

Konfransın praktiki hissəsində “Konstitusiya nəzarətorqanlarının subsidiarlıq prinsipi”, “Azərbaycan Respublikasınınəmək qanunvericiliyinin təkmilləşdirilməsi zamanın tələbidir”,“Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində insan vəvətəndaş hüquqlarının və azadlıqlarının təminatı” və digər hüquqimövzular üzrə məruzələr səsləndirilib, hüquq elminin aktualməsələlərinə toxunulub və geniş fikir mübadiləsi aparılıb.

Tədbirin sonunda sədr Fərhad Abdullayev xüsusilə qeyd edib ki,bu gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinin davamı kimiPrezident İlham Əliyev tərəfindən aparılan uğurlu və millimaraqlara söykənən siyasət, həyata keçirilən dövlət proqramları vəgenişmiqyaslı layihələr ölkəmizin dayanıqlı inkişafına, həmçininAzərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə xidmətedir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu ÖndərHeydər Əliyevin arzu və vəsiyyətini əməllərində gerçəkləşdirərək,Azərbaycan üçün xilaskarlıq və rifah yolunu qətiyyətlə davametdirib, Vətənimizi qalib ölkəyə çevirib. Əzəli torpaqlarımızıngeri qaytarılması, işğaldan azad edilmiş ərazilərimizdə qısa zamankəsiyində nəhəng bərpa-quruculuq işlərinin həyata keçirilməsi vəəhalinin məskunlaşdırılması hər birimizi qürurlandırır və bizidövlət başçısının ətrafında sıx birləşərək böyük uğurlara imzaatmağa ruhlandırır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
4
az.trend.az

4Mənbələr