AZ

Qəzada xəsarət alan hərbçimiz vəfat edib

Bakı. Trend:

Qəzada xəsarət alan hərbçimiz vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən Trend-ə bildirilib.

"Mayın 3-də Kəlbəcər rayonu ərazisində şəxsi avtomobilin qəzayauğraması nəticəsində xəsarət alan hərbi qulluqçumuz Əhmədov FuadCəlal oğlu vəfat edib. Qəza nəticəsində xəsarət alaraq yaxınlıqdakıhərbi tibb müəssisəsinə təxliyə edilən digər hərbi qulluqçularımızhəkimlərimizin nəzarəti altındadır.

Xidmətdən kənarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlıaraşdırma aparılır", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, bu gün Kəlbəcər rayonunda yol qəzası baş verib.Hadisə rayonda Qozlukörpü deyilən ərazinin yaxınlığında qeydəalınıb. Şirkətlərdən birinə məxsus “DAF” avtomobili ilə “VAZ 21015” markalı avtomobil toqquşub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
az.trend.az

2Mənbələr