AZ

Kolumbiya İsraillə diplomatik əlaqələri kəsəcək

Kolumbiya Prezidenti Qustavo Petro İsrailin Qəzzada Fələstin xalqına qarşı davam edən hücumlarına görə İsraillə diplomatik əlaqələri kəsəcəyini açıqlayıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, Prezident Qustavo Petro Kolumbiyanın paytaxtı Boqotada keçirilən "1 May Əmək və Həmrəylik Günü" qeyd etmələrinə qatılıb və tarixi Bolivar Meydanında xalqa müraciət edib.

Prezident Petro, İsrail Dövləti ilə diplomatik əlaqələrin sabah kəsiləcəyini ifadə edərək: "Çünki bu, soyqırımlı bir lider və hökumətdir", - deyib.

İsrailin Qəzzada soyqırım törətdiyini vurğulayan Petro: "Bu gün küçələrə çıxan bütün bəşəriyyət bizimlə həmfikirdir: Biz soyqırım dövrünə qayıda bilmərik. İnsanlığın gözü qarşısında bütöv bir xalqın məhv edilməsini seyr edə bilmərik. Fələstin ölərsə, bəşəriyyət də ölər”, - deyib.

Petro İsrailin bombardmanları nəticəsində Qəzzada körpələrin öldüyünü, dünyanın bir çox ölkəsində insanların küçələrə çıxdığını bildirib.

Malik Atilay 






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
2
525.az

10Mənbələr