AZ

Şpaqaçılarımızdan Antalyada 2 medal - FOTO

Azərbaycanın yeniyetmə şpaqaçıları Türkiyənin Antalya şəhərində “Cadet Circuit” çərçivəsində beynəlxalq turnirdə qüvvəsini sınayıb.

İdman.biz xəbər verir ki, qılıncoynadanlarımız yarışı 2 medalla başa vurublar.

Oğlan şpaqaçılarımız komanda yarışında 22 kollektiv arasında 3-cü yeri tutub. Qız şpaqaçılar 7-ci olub.

Jasmin Əliyeva isə şəxsi yarışda fəxri kürsünün 3-cü pilləsinə qalxıb. Rəhman Məmmədov oğlan şpaqaçıların şəxsi yarışında 6-cı, Bəhram Əliyev 7-ci olub.

İdman.biz

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
1
idman.biz

2Mənbələr