AZ

İran Hörmüz boğazında ələ keçirdiyi gəminin ekipajını azad edib

Bakı. Trend:

Aprelin ortalarında Hörmüz boğazında ələ keçirilən “MSC Aries”gəmisinin ekipajı azad olunub.

Trend xəbər verir ki, bubarədə İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianestoniyalı həmkarı Marqus Tsahkna ilə telefon danışığından sonrabildirib.

“İran humanitar əsaslarla bütün heyəti azad edib. Əgər gəmininkapitanı onları müşayiət etsə, onlar öz ölkələrinə, o cümlədənEstoniyaya qayıda bilərlər”, - İran diplomatik departamentinin“Telegram” kanalında qeyd olunub.

İran Xarici İşlər Nazirliyinin rəhbəri aydınlıq gətirib ki, “MSCAries” ölkənin ərazi sularında radarını söndürüb və bununla dadəniz naviqasiyasını təhlükə altında qoyub.

Qeyd edək ki, aprelin 13-də İslam İnqilabı KeşikçiləriKorpusunun (SEPAH) dəniz xüsusi təyinatlıları Portuqaliya bayrağıaltında üzən “MCS Aries” yük gəmisini ələ keçiriblər. Gəmininisrailli milyarder Eyal Oferə məxsus Londonda yerləşən “ZodiacMaritime” ilə əlaqəli olduğu bildirilir. Konteyner gəmisiningöyərtəsində Estoniya, Rusiya, Hindistan, Filippin və Pakistanvətəndaşları olublar.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
2
az.trend.az

3Mənbələr