AZ

Almaniyada ixtisaslı işçilərə ciddi ehtiyac yaranıb

Almaniyada

Bakı, 3 may, AZƏRTAC

Hazırda Almaniyada müəllimlərə, bağbanlara, mexaniklərə, həkimlərə və bu kimi digər ixtisaslı işçilərə kəskin ehtiyac duyulur.

AZƏRTAC DW teleradio kompaniyasına istinadla xəbər verir ki, Almaniya yaşlı nəslin tədricən təqaüdə çıxması ilə onları iş yerlərində əvəzləyəcək gənc nəsil çatışmazlığı yaşayır. 2035-ci ilədək ölkədə təxminən 7 milyon işçiyə ehtiyac duyulacağı proqnozlaşdırılır.

İşçi qatlığının qarşısını almaq üçün hər il xaricdən ölkəyə 300-350 min miqrant gəlməlidir, lakin mühacirlərin sayı hələlik on minləri keçmir.

Ekspertlərin fikrincə, hazırda Almaniyanın əsas problemləri cəmiyyətin qocalması, neytral iqlim iqtisadiyyatına keçid və rəqəmsallaşmadır. Hakimiyyət orqanları, əsasən dövlətlərarası münasibətləri uğurlu alınan və gənclər arasında işsizliyin yüksək olduğu ölkələrdə tibb bacıları, sosial işçilər, pedaqoqlar, proqramçılar, memarlar və bu kimi peşə sahibləri axtarır.

Beləliklə, Braziliya, Meksika, Kolumbiya, Ekvador, Mərakeş, Tunis, Misir, İordaniya, Hindistan, İndoneziya, Özbəkistan, Filippin və Qana kimi ölkələrin vətəndaşlarının Almaniyada yaşayıb işləmək üçün daha çox şansı yaranır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
azertag.az

1Mənbələr