AZ

Ukrayna polisi ölkəyə kütləvi hücumları istisna etmir

Ukrayna polisi mayın 5-də Pasxa bayramında ölkəyə kütləvi hücumları istisna etmir.

“İki sahil” xəbər verir ki, bu barədə “RBK-Ukraina” Ukrayna Patrul Polis İdarəsinin rəisinin birinci müavini Aleksey Beloşitskinin "Teleqram" kanalına istinadən məlumat yayıb.

O bildirib ki, kütləvi raket hücumları və hər cür təxribat riskləri kifayət qədər yüksəkdir: “Öz təhlükəsizliyinizin və yaxınlarınızın təhlükəsizliyinin qayğısına qalın”.

Bundan əlavə, Beloşitski insanları kütləvi tədbirlərdə iştirakdan çəkinməyə, imkan daxilində tədbirlərdə onlayn iştirak etməyə səsləyib. Eyni zamanda, o ukraynalıları müəyyən edilmiş komendant saatına riayət etməyə çağırıb:

"Şübhəli əşyalar və şəxslər barədə dərhal polisə və ya 102-yə məlumat verin".

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
63
ikisahil.az

1Mənbələr