Əməkdar artist İlkin Əhmədov bəzi bayağı mahnıların sözlərini tənqid edib.
News24.az olay-a istinadən bildirir ki, bu barədə sənətçi "Rəngarəng səhər" verilişində danışıb. O, ad çəkmədən müğənni Nəfəsin mahnısına irad bildirib:
"Kül o eşqin başına ki, bazarda satılır. Bazarda eşq olur? Satıcıların eşqi ola bilər. Amma eşqi bazardan almaq olmaz".
![](https://news24.az/uploads/posts/2024-05/nefes_1162846.webp)