Türkiyənin İzmir şəhərində FETÖ terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İzmir Şəhər Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində təşkilatın tərkibində fəaliyyət göstərdiyi iddia edilən 32 nəfər barəsində həbs qərarı çıxarılıb.
34 ünvanda həyata keçirilən əməliyyat zamanı 30 nəfər saxlanılıb.
Qaçan 2 şübhəlinin tutulması istiqamətində tədbirlər davam etdirilir.
Şəbnəm Mehdizadə