AZ

Luis Enrike Parisi tərk edəcək?

PSJ rəhbərliyi baş məşqçi Luis Enrike ilə əməkdaşlığı davam etdirməkdə qərarlıdı.

“Ekip” nəşrinin yaydığı xəbərə görə, Paris klubu ispaniyalı mütəxəssislə müqaviləni uzun müddətə yeniləmək istəyir. Luis Enrikenin hazırkı müqaviləsi 2025-ci ilin yayında qüvvədən düşəcək. “Ekip”in məlumatında yeni müqavilə imzalanarsa, 53 yaşlı çalışdırıcının daha çox idarəetmə variantları əldə edəcəyi də qeyd edilib.

Nəşr yazıb ki, yeni müqavilənin imzalanması Çempionlar Liqasında Dortmund “Borussiya”sı ilə yarımfinal oyunlarının nəticəsindən asılı olmayacaq.

Luis Enrike komandanı 2023-cü ilin yayından çalışdırır. PSJ artıq Fransa çempionluğunu rəsmiləşdirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
football-plus.az

1Mənbələr