AZ

“Yazırlar ki, qudurub, yoldaşını siqaretlə yandırır” – Taleh Yüzbəyov

“Yenə aləmi qatıblar bir-birinə".

Xalq artistlərimizə provokasiya tipli suallar verəndən sonra mənim statusumu da təhrif eləyib paylaşdılar, sonra yenə ağsaqqallardan müsahibə aldılar, biri dedi:

“Taleh Yüzbəyov qələt danışır!” (“Taleh Yüzbəyov qələt edir!” kimi başlığa çıxarıldı), o biri dedi:

“…efirə yığılaq, millət görsün kim kişidir, kim dişi…”. Sonra bəzi saytlar bu başlıqları da mənim adımdan paylaşdılar ki, guya mən onlara demişəm bu sözləri. Ağsaqqallarımız kimi Xalqımızın müəyyən hissəsi də xəbəri oxumadan başladılar məni tənqid etməyə ki, Taleh Yüzbəyov qudurub!”

"Cebhe.info" xəbər verir ki, bunu tanınmış aktyor Taleh Yüzbəyov özünün sosial şəbəkə hesabında yazıb.

Əleyhinə danışan ağsaqqalllara cavab verməyəcəyini deyən aktyor bunu belə izah edib:

“Əvvəla ona görə ki, işə baxılmadan olunan tənqidi faydalı saymıram, mənim cavabım, onların təhqirlərinə idi. Tənqid isə azaddır. Bəyənənlərin də əlinin içindən gəlir, bəyənməyənlərin də. İkincisi, cavab verib, hansısa sayt və səhifələrə like və comment yığmaq üçün material vermək istəmirəm. Bu işdə Xalq artistlərimizin də istifadə olunmasını rəva bilmirəm. Hətta bu statusu yazanda belə hər sözü ehtiyyatla seçməyə çalışıram ki, xəbər başlığını çıxartmaq olmasın. Amma bilmək olmaz, bir də gördük burdan da nəsə çıxartdılar”.

Aktyor etiraf edib ki, əslində guya serialı tənqid etmək istəyənlər və onlara dəstək verən izləyicilər like və commentləri ilə serialı daha da populyarlaşdırıblar:

“Həmin gündən sonra Youtube-da baxış sayları əməlli artdı. İstəmədən və bilmədən seriala xeyir verdilər. Üstəlik, tənqid olunan məqam odur ki, efirdə söyüş olmaz. Neçənci dəfədir deyirik, efirdə söyüşlü versiya göstərilmir. Efirdə söyüşlər səssizləşdirirlir. Yalnız Youtube-da senzurasız versiya təqdim olunur. Hətta bura sensuza istəyənlər var idi. Bu isə tamam başqa bir mövzudur. Və nəhayət, Youtube-da da iki seçim verildi: senzurasız və senzuralı versiya. Yəni orda da seçim edə bilərsiniz.

Bugünlərdə isə yoldaşımın zarafatla paylaşdığı bir storyini də xəbər eləyiblər: “Taleh Yüzbəyov yoldaşını siqaretlə yandırdı!”. Əlində 24 saat siqaret olan adam kimi istəmədən alınmış bir şey idi. Saytlar isə məni cəmiyyətə ailə zorakılığı törədən manyak kimi təqdim edir. Yenə də xəbəri oxumadan tənqid eləyənlər yazır ki, Taleh Yüzbəyov qudurub!”

"Cebhe.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
70
12
cebheinfo.az

10Mənbələr