AZ

Pakistanda avtobus qəzasında ölənlərin sayı 20 nəfərə çatıb

Pakistanda

Bakı, 3 may, AZƏRTAC

Pakistanın Gilgit-Baltistan bölgəsində dağlıq ərazidə turist avtobusunun qəzaya uğraması nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, xilasetmə əməliyyatına cəlb olunan Pakistan ordusu yaralıları sıldırımlı ərazidən çıxarmaq üçün helikopterlərdən istifadə edib. Qəzanın səbəbi hələlik məlum deyil, faktla bağlı təhqiqat başlayıb.

Qeyd edək ki, Pakistanda təhlükəsizlik qaydalarına əməl olunmaması və yol infrastrukturunun vəziyyəti tez-tez ağır yol-nəqliyyat hadisələrinə səbəb olur. Rəsmi məlumatlara görə, ölkədə hər il avtomobil qəzaları nəticəsində minlərlə insan həyatını itirir.

 

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
50
1
azertag.az

2Mənbələr