AZ

Rusiya səfiri XİN-ə çağırıldı

Rusiyanın Berlindəki səfirliyinin müvəqqəti işlər vəkili kiber hücumla əlaqədar Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

News365.az xəbər verir ki, bu barədə Almaniya XİN-in nümayəndəsi Kristian Vaqner bugünkü brifinqdə bildirib.

Onun sözlərinə görə, rəsmi Berlin Rusiyanı Almaniya Sosial Demokrat Partiyası İdarə Heyətin üzvlərinin elektron poçtunun şifrəsini sındırmaqda ittiham edir.

Diplomat qeyd edib ki, Rusiya səfirliyinin müvəqqəti işlər vəkilinə Almaniya federal hökumətinin məsələ ilə bağlı mövqeyi çatdırılıb.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
11
news365.az

10Mənbələr