Türkiyənin müdafiə naziri Yaşar Gülər Ankaranın antiterror strategiyasını dəyişdiyini və terroru kökündən məhv etməyə başladığını bildirib.
İdarə rəisi bildirib ki, mübarizə ilk növbədə Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı aparılır. O qeyd edib ki, Ankara terrorçulara qarşı daimi əməliyyatlara keçəcək.
Bundan başqa, Gülər Şimali İraqda PKK-nın məhv edilməsi planlarından da danışıb. Onun sözlərinə görə, bu, Türkiyə prezidentinin Bağdada səfəri zamanı müzakirə olunub: “Terror təşkilatı uzun illərdən bəri yerləşdiyi əraziləri tərk etməlidir və Türkiyə ordusu terroru aradan qaldırmaq üçün lazımi tədbirləri görəcək”, – Yaşar Gülər deyib.
//Samir Qurbanov, Editor.az