AZ

Məhkəmə Yunis Səfərovla bağlı QƏRAR VERDİ

Ali Məhkəmədə hakim Nazim Mövsümovun sədrliyi ilə Yunis Səfərov və digərlərinin kassasiya şikayətlərinə baxılıb.

İclasda Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı planlaşdırılmış terror aktı törətməkdə təqsirli bilinən məhkumların vəkilləri çıxış edib.

Musavat.com xəbər verir ki, Yunis Səfərovun vəkili ömürlük məhkum edimiş müvəkkilinin cəzasının yüngülləşdirilməsini, digər müttəhimlərin müdafiəçiləri isə bəraət istəyiblər. Prokuror isə çıxışında qərarın dəyişdirilmədən saxlanılmasını istəyib.

Məhkəmə prokurorun mövqeyini əsaslı hesab edib.

Qərara əsasən məhkumların vəkilləri tərəfindən verilmiş kassasiya şikayətləri hamısı rədd edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hökmü ilə Yunis Səfərov ömürlük, digər təqsirləndirilən 9 nəfər isə 18 ildən 20 ilə kimi müddətə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi də hökmü qanunauyğun hesab edib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
5
musavat.com

4Mənbələr