AZ

"Yaşam" klinikasında yoxlama: lisenziyadan kənar tibbi fəaliyyət aşkarlandı

Səhiyyə Nazirliyinin Analitik Ekspertia Mərkəzi "Yaşam" klinikasında nöqsanlar aşkarlayıb.

İqtisadiyyat.az xəbər verir ki, özəl xəstəxanada aparılan yoxlamalar zamanı lisenziyadan kənar tibbi fəaliyyətin həyata keçirildiyi aşkarlanıb.

Buna görə də klinika barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Protokol tərtib olunan maddəyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, klinika barəsində tərtib edilən protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Məhkəmə işi hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
33
2
iqtisadiyyat.az

5Mənbələr