AZ

Türkiyə ordusu İraqın şimalında hava zərbəsi ilə 32 terrorçunu məhv edib

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində 32 terrorçu zərərsizləşdirilib.

Məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, İraqın şimalında Haftanin, Gara, Hakurk və Pəncə-Kilit əməliyyatı bölgəsinə havadan zərbələr endirilib.

"Terror təşkilatlarının baş qaldırmasına imkan verməyəcəyik və onların bölgəsində bir nəfər də olsun terrorçu qalmayana qədər qətiyyətlə mübarizəmizi davam etdirəcəyik", - məlumatda vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
22
9
korrespondent.az

10Mənbələr