AZ

Aİ Azərbaycana minalardan təmizlənmə üçün əlavə 2 milyon avro ayıracaq

Avropa İttifaqı (Aİ) minalardan təmizlənmə üçün Azərbaycana əlavə 2 milyon avro ayırmağı planlaşdırır.

"Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopmanın Bakıda keçirilən "Avropa komandasının mina əleyhinə təşəbbüsü" adlı tədbirdə deyib.

"Minalardan təmizlənmə sahəsində potensialın daha da gücləndirilməsi məqsədilə əlavə texniki yardım göstərmək üçün bu il əlavə 2 milyon avro qrant maliyyələşdirilməsinin ayrıldığını elan etməkdən çox məmnunam”, - Qert Yan Kopmanın bildirib.

Onun sözlərinə görə, minatəmizləmə fəaliyyəti insan amili ilə sıx bağlıdır: "Mina hər kəsə, o cümlədən uşaqlara təsir edən, iqtisadi və sosial inkişafa mane olan, faciəvi nəticələrə səbəb olan və buna görə də prioritet pilləni daha qətiyyətli irəliləməyə ehtiyac olan bəladır”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
4
qaynarinfo.az

5Mənbələr