AZ

Keniyada daşqınlarda ölənlərin sayı 188 nəfərə çatıb

Keniyada təxminən 2 həftədir davam edən leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 188-ə yüksəldiyi bildirilib.

Keniya hökumətindən verilən açıqlamada daşqınların yaratdığı dağıntılarla bağlı yenilənmiş məlumatlar paylaşılıb.

Açıqlamada sel və daşqınlar nəticəsində həyatını itirənlərdən 37-nin uşaq olduğu, 90 nəfərin itkin düşdüyü paylaşılıb.

Bildirilib ki, ölkə daxilində 165 mindən çox insanın davam edən leysan yağışlar və daşqınlar səbəbindən evlərini tərk edib.

Keniya Dəmir Yolları, ölkə daxilində şəhərətrafı qatar xidmətlərinin dayandırıldığını qeyd edib.

Prezident Uilyam Ruto Milli Gənclik Xidmətinə daşqından zərər çəkənlər üçün müvəqqəti düşərgələr kimi istifadə üçün torpaq ayırmağı tapşırıb.

Keniyadan başqa, Tanzaniya, Burundi və Konqo Demokratik Respublikası kimi Şərqi Afrika ölkələri də güclü yağışların yaratdığı daşqınlardan mənfi təsirlənir.

Mövsüm

Aznews.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
2
aznews.az

4Mənbələr