AZ

SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!

SABAH.school-un
İnnovativ təhsil metodologiyası və unikal tədris imkanları ilə fərqlənən SABAH.school 2024-2025 tədris ili üçün ilk şagirdlərin qəbuluna başlamışdır. Bu məktəb SABAH.HUB İnnovasiya Mərkəzinin layihəsi olaraq, LANDAU School ilə strateji partnyorluq çərçivəsində təsis edilmişdir.
SABAH.school-a ilkin qəbul dövrü üçün xüsusi endirim kampaniyası davam edir. Kampaniyaya müraciət edən ilk 50 şagird 2000 AZN dəyərində endirimdən yararlanacaq. Müvafiq endirim şagirdin 11 illik təhsil müddətində şamil olunacaq. Qeyd edək ki, SABAH.school məktəbəqədər təhsil, I və II siniflər üzrə şagird qəbulunu həyata keçirir. Şagirdlərin qəbul prosesi 3 mərhələdən ibarətdir: müraciətlərin qəbulu (rəsmi veb-sayt, sosial media kanalları və qaynar xətt vasitəsilə), müsahibə mərhələsi və müvafiq nəticələrin əsasında qəbul prosesinin yekunlaşması. Bu yeni nəsil özəl məktəb şagirdlərin innovasiya bacarıqlarının inkişafında müasir texnologiyanı inteqrasiya edir. Əsas missiya müstəqil qərarlar qəbul edə bilən şagirdlər hazırlamaq və onların gələcəkdə rəqabətə davamlı fərdlər kimi inkişafına dəstək olmaqdır. SABAH.school məktəbi valideynlərin gözlətilərini nəzərə alaraq illik təhsil haqqı məbləğinə bir sıra xidmətləri əlavə edib: - Tədris günü ərzində iki dəfə qidalanma; - Şagirdlərin nəqliyyat xidməti; - Məktəbli forması; - Dərsdənkənar fəaliyyətlər; - Dərs materialları. Məktəb dünya standartlarında təhsil proqramı olan Beynəlxalq Bakalavriat (IB) akkreditasiyalı kurikulumunu tətbiq edir. SABAH.school həmçinin Beynəlxalq Məktəblər üçün Təhsil Əməkdaşlıq Təşkilatının (ECIS) fəxri üzvüdür. Bu göstəricilər sayəsində SABAH.school öz şagirdlərinə qlobal təhsil standartları, peşəkar inkişaf və beynəlxalq təhsildə davamlı təkmilləşməni vəd edir. Övladınızın gələcəyini yeni nəsil məktəbdə formalaşdırmaq istəyirsinizsə, www.sabahschool.com veb-saytına daxil olaraq qeydiyyatdan keçə və ya +994 10 228 71 34 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Reklam hüququnda

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
26
4
1news.az

5Mənbələr