AZ

"Crocus" terror aktının təşkilatçılarından biri məhv edilib

"Crocus" terror aktının təşkilatçılarından biri öldürülüb. Bu barədə Rusiya mediasında məlumat yayılıb.

Bildirilir ki, Lninqrad vilayətində həbs cəhdi zamanı Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin agenti Nikolay Surnovun öldürüldüyünü açıqlayıb.

Onun avtomobilindən silah və partlayıcı maddələrin izləri aşkar edilib.

FTX-nin məlumatına görə, Surnov Litvadan Rusiyaya gələrək Rusiya Müdafiə Nazirliyinin obyektlərində terror aktları planlaşdırıb. O, Leninqrad vilayətinin Qatçina rayonunda aşkarlanıb. Saxlanılan zaman müqavimət göstərib və güllələnib.
 
Konsert zalına hücumla bağlı 12 nəfər həbs edilib, onlardan 11-i terror aktı maddəsi ilə, daha bir nəfər əcnəbi vətəndaşın saxta qeydiyyatı haqqında maddə ilə ittiham olunur.
 
Aytac 

www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
39
8
anews.az

9Mənbələr