AZ

Kəlbəcərdə yol qəzası olub, beş nəfər xəsarət alıb

Kəlbəcərdə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qozlu kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan yük avtomobili minik avtomobilli ilə toqquşub.

Qəzada 5 nəfərin xəsarət aldığı bildirilir. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə Kəlbəcər RPŞ-nin əməkdaşları cəlb olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
11
apa.az

10Mənbələr