AZ

ABŞ, Yaponiya və Avstraliya ilk dəfə birgə raketdən müdafiə təlimləri keçirəcək

ABŞ, Yaponiya və Avstraliyanın müdafiə nazirləri ilk üçtərəfli raket və hava hücumundan müdafiə təlimlərinin 2027-ci ildə keçirilməsi barədə razılığa gəliblər.

Bu barədə İqtisadiyyat.az "Kyodo" agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu ölkələrin müdafiə nazirləri müasir müdafiə texnologiyaları sahəsində əməkdaşlığı təşviq etmək üçün saziş imzalayıblar.

Müvafiq razılıq Havay ştatında keçirilən üçtərəfli danışıqların yekunu üzrə əldə olunub. Növbəti iki il ərzində tərəflər hər bir ölkədə xidmətdə olan beşinci nəsil "F-35" qırıcılarından istifadə etməklə birgə təlimlər keçirmək barədə razılığa gəliblər.

 

Gözəl Həşimova

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
2
iqtisadiyyat.az

3Mənbələr