"Aran-Naxçıvan"ın müdafiəçisi Turan Manafov karyerasına Avropada davam edə bilər.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı futbolçu ilə "Gornik Zabrze" klubu maraqlanır. Polşa təmsilçisi oyunçunun meneceri ilə əlaqəyə keçib. Turan Avropa klubundan aylıq 8 min dollar maaş tələb edib. Tərəflər arasında danışıqlar davam edir.
Bu mövsüm 25 yaşlı sol cinah müdafiəçisi Naxçıvan klubunun heyətində 34 oyuna çıxıb, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.