AZ

"Qazprom"un Avropaya qaz satışında rekord azalma

Rusiyanın qaz inhisarçısı “Qazprom” şirkəti son 25 ildə ilk dəfə itkilərini açıqlayıb.

"AzPoltika" hesabata istinadla xəbər verir ki, 2023-cü ildə korporasiya 629 milyard rubl (təqribən 6,8 milyard dollar) itirib. Səbəb Avropaya qaz tədarükün kəskin azalması olub.

“Qazprom”un 2023-cü ildə gəliri bir il əvvəlki ilə müqayisədə 27 faiz azalıb. Ən böyük azalma 43 faiz olmaqla qaz biznesinin payına düşüb. Daxili və xarici bazarlarda neft satışı ilk dəfə olaraq qaz satışını üstələyib. Eyni zamanda, şirkət praktiki olaraq xərcləri azalta bilməyib və onun kapital qoyuluşu hissəsi 10 faiz artıb.

“Kommersant” qəzetinin hesablamalarına görə, 2023-cü ildə korporasiya Avropaya boru kəmərləri vasitəsi ilə qaz ixracını 2022-ci ildəki 62 milyard kubmetrlə müqayisədə 2,5 dəfədən çox azaldaraq 24 milyard kubmetrə endirib. 

Hazırda avropalı müştərilərə çatdırılma Ukrayna və Türkiyə üzərindən həyata keçirilir. Qəzet qeyd edir ki, Çinə artan qaz satışları da azalmanı kompensasiya edə bilməyib.
Beləliklə, korporasiyanın itkiləri analitiklərin gözləntilərindən xeyli yüksək olub. Vergilərdən əvvəl mənfəətin həcmi (EBITDA) da gözləniləndən xeyli aşağı olub.

Şirkətin hesabatı Kremlin "Qazprom"un vəziyyəti ilə bağlı bəyanatları ilə ziddiyyət təşkil edir. 2023-cü ilin oktyabrında Rusiya Enerji Həftəsi forumunda çıxış edən Prezident Vladimir Putin, tədarükün və gəlirlərin azalmasına baxmayaraq, korporasiyanın özünü inamlı, sakit hiss etdiyini və vəzifələrinin öhdəsindən gəldiyini söyləyib.

"AzPolitika.info"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
28
azpolitika.info

1Mənbələr