AZ

BANM ilə Daşkənd Kimya Texnologiya İnstitutu arasında əməkdaşlıq imkanları genişlənir

Özbəkistanın Daşkənd Kimya Texnologiya İnstitutunun rektoru professor Botir Usmonovun rəhbərlik etdiyi nümayəndə heyəti SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) olub.

Bu barədə 525.az-a BANM-dən məlumat verilib.

Görüşdə BANM-in rektoru Elmar Qasımov qonaqlara Bakı Ali Neft Məktəbi haqqında ətraflı məlumat verib. O bildirib ki, rəhbərlik etdiyi ali məktəblə Özbəkistanın Daşkənd Kimya Texnologiya İnstitutu arasında münasibətlər yüksək səviyyədədir və bu görüş münasibətlərin inkişafı üçün növbəti uğurlu addımdır.

Bakı Ali Neft Məktəbində yaradılan şəraiti yüksək qiymətləndirən Daşkənd Kimya Texnologiya İnstitutunun rektoru Botir Usmonov buradakı təcrübədən yararlanmaq istədiklərini qeyd edib. Rektor, həmçinin mayda Özbəkistanda keçirilən Hakatona BANM-in tələbə və əməkdaşlarını dəvət edib.

Görüşdə magistratura səviyyəsində ikili diplom proqramının həyata keçirilməsi, tələbə mübadiləsinin aparılması, yay məktəblərinin təşkil edilməsi ilə bağlı əməkdaşlıq imkanları müzakirə olunub.

Sevinc Qarayeva























Bizi Facebookda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
32
6
525.az

6Mənbələr