AZ

Sərəncam bütün veteranlara olan diqqət və qayğının təzahürüdür - Cəlil Xəlilov

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2 may 2024-cü iltarixində 1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştiraketmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərindul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden vəmedallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımverilməsi haqqında Sərəncam imzalayıb. Sərəncam İkinci Dünyamüharibəsində həm ön xətdə döyüşən, həm də arxa cəbhədə fədakarəməyi ilə diqqət çəkən şəxslərə maddi yardımın göstərilməsininəzərdə tutur.

Bununla bağlı Trend-ə açıqlama verən Müharibə, Əmək və SilahlıQüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik CəlilXəlilov Prezidentin məlum Sərəncamını alqışlayıb, bunu bütünveteranlara göstərilən qayğı kimi xarakterizə edib:

“Prezidentin 1941–1945-ci illərdə İkinci Dünya müharibəsindəiştirak etmiş şəxslərlə bağlı sözügedən Sərəncamı sadəcə həminmüharibədə iştirak edən şəxslərə deyil, ümumilikdə bütünveteranlara göstərilən diqqət və qayğı kimi xarakterizəedilməlidir. Dövlət başçısı bu Sərəncamla bir daha göstərdi ki, o,hansı dönəmdə, hansı tarixi şəraitdə müharibədə iştirak etməsindənasılı olmayaraq, heç bir veteranı unutmur, dövlətimizin, xalqımızıntəhlükəsizliyi uğrunda çalışan insanları daim yada salır, onlaradəstək olur.

Dövlət başçısı İkinci Dünya müharibəsində yalnız ön cəbhədədeyil, arxa cəbhədə çalışan, fədakar əməyinə görə orden vəmedallarla təltif olunan şəxsləri də diqqətdən kənarda qoymur,onların da əməyini, qəhrəmanlığını yüksək qiymətləndirir. Elə busəbəbdən də məlum Sərəncamda arxa cəbhədə fədakar əməyi ilə diqqətçəkən şəxslərə də maddi yardımın göstərilməsi nəzərdə tutulub.Hansı ki, bu maddi dəstəyin veteranlarımız üçün mənəvi əhəmiyyətidə olduqca böyükdür. Dövlət başçısının bu qayğısı nəticəsindəİkinci Dünya müharibəsi veteranları bu gün də unudulmadıqlarını,əksinə, dövlətimizin davamlı diqqət və qayğısı ilə əhatəolunduqlarını hiss edir. Bu isə onlara mənəvi güc, böyük ruhyüksəkliyi bəxş edir”.

Polkovnik Cəlil Xəlilov veteranlara göstərdiyi qayğıya görəMüharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı, eləcə dəbütün veteranlar adından ölkə başçısına təşəkkür edib,minnətdarlığını bildirib: “Mən Müharibə, Əmək və Silahlı QüvvələrVeteranları Təşkilatı, eləcə də bütün veteranlar adından Prezidentİlham Əliyevə təşəkkür edir, ona öz minnətdarlığımızı bildiririk.Bir daha bəyan edirik ki, veteranlarımız hər zaman olduğu kimibunan sonra da dövlətçiliyimizə sədaqətlə xidmət edəcək, MüzəffərAli Baş Komandanın hər bir çağırışını dəstəkləyəcək, butapşırıqların icrasında ön səfdə yer alacaqlar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
5
az.trend.az

6Mənbələr